Audit dedikdə, müəssisənin fəaliyyətinin, onun sistem və proseslərinin, məhsul və xidmət qrupunun müvafiq standart və tələblərə əsasən yoxlanılmasıdır.
Food CERT şirkəti tərəfindən bu audit xidmətləri Sizə yüksək səviyyədə təqdim edilir:
Hər bir audit prosesi müəssisənin fəaliyyətindən, həcmindən, proses, məhsul və xidmətlərin sayından asılı olaraq dəyişir.
İlkin qiymətləndirmə auditi Sifarişçi müəssisədə mövcud idarəetmə sistemi, məhsul və xidmətlərin, infrastruktur, biznes-proseslərin cari vəziyyətinin, müvafiq qanunvericiliyin, beynəlxalq standart və meyarlara uyğunluğunun ilkin qiymətləndirilməsi prosesidir.
Bu audit zamanı şirkətdə #SWOT analizi aparılır, risk səviyyəsi, proseslərin səmərəlilik və effektivliyi, işçilərin bilik və bacarıqları təhlil edilir və cari vəziyyət qiymətləndirilir.
Təchizatçı şəbəkənin auditi (2-ci tərəf) #Təchizatçının qiymətləndirilməsi müştərinin müqavilə əsasında təchizatçısı olduğu müəssisədə aparılan audit prosesidir. Food CERT komandası bu tip auditlərdə əsas olaraq, təchizatçı müəssisənin etibarlı tərəfdaş olmasına və fəaliyyətinin risk səviyyəsinə fokuslanır.
#A-dan Z-yə istehsal prosesləri, məhsul və xidmətlərin keyfiyyəti, infrastruktur, işçi heyyət, sənədləşmə səviyyəsi, tətbiq olunan idarəetmə sistemi ciddi yoxlanılır və hesabatı verilir.
Keyfiyyət və gigiyena auditi Bu audit zamanı müəssisədə qüvvədə olan müvafiq #keyfiyyət və gigiyena standartları, norma və qaydalarının yoxlanılmasıdır. Sektora əsasən istehsal prosesləri, infrastruktur, işçi sahələr, əməkdaşlarla bağlı zəruri proseslər, sənədlərin düzgün rəsmləşdirilmə səviyyəsi, sanitar-gigiyenik vəziyyət, aylıq, yarımillik göstəricilər birlikdə audit edilir.
Sertifikatlaşdırma auditi (3-cü tərəf) #Sertifikatlaşdırma auditi – şirkətin fəaliyyətinin müvafiq beynəlxalq standart(ların), habelə milli qanunvericiliyin tələblərinə uyğunluğu akkreditə olunmuş sertifikatlaşdırma orqanı tərəfindən obyektiv və qərəzsiz yoxlanılmasıdır. Sertifikatlaşdırma auditi 2 mərhələdə hissəli formada aparılır. Audit nəticələrinə görə akkreditə olunmuş sertifikatlaşdırma orqanı tərəfindən müəssisənin sertifikata layiq olub-olmaması barədə qərar verilir.