Rəhbərlik
Elmar Cəmilov
Elmar Sabit oğlu Cəmilov 27 yanvar 1989-cu ildə anadan olub.
2007-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “İstehlak mallarının keyfiyyət ekspertizası ixtisasına daxil olub və 2011-ci ildə universiteti bitirib.
2015-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini “Ərzaq mallarının ekspertizası və marketinqi” ixtisası üzrə maqistr elmi-ixtisas dərəcəsi ilə bitirib. “Hazır qidaların istehsal zəncirində təhlükəsizliyə təsir edən amillərin tədqiqi və aradan qaldırılması yolları” mövzusunda maqistr dissertasiyanı uğurla müdafiə edib.
Əmək fəaliyyətinə 2010-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən “Silk Way Aviaşirkəti” MMC-nin “Sky Catering” filialında keyfiyyət və zəmanət xidməti üzrə mütəxəssis vəzifəsində başlayıb. İşlədiyi müddətdə Türkiyənin İzmir, İstanbul şəhərlərində, Almaniyanın Frankfurt şəhərində, eləcə də Lüksemburq şəhərində təşkil edilmiş yüksək kvalifikasiyalı təlimləri uğurla bitirib, kongres və forumlarda innovativ təcrübəyə yiyələnib, həmçinin, xarici ölkələrdə təchizatçı auditləri həyata keçirib. Fəaliyyətində ilk dəfə 2011-ci ildə ISO 22000:2005 beynəlxalq qida təhlükəsizliyi idarəetmə sistemini “Sky Catering” şirkətində qurulmasına rəhbərlik edib və layihəni uğurla tamamlayıb.
2016-ci ildə “Silk Way Aviaşirkəti” MMC-nin Servis Təminatı İdarəsində əvəzçilik üzrə İdarə rəisinin sənədləşmə işlərinin təşkilinə nəzarət üzrə müavini vəzifəsinə təyin olunub.
2016-ci ildə Azərbaycanın ilk və yeganə kosmetika şirkəti olan “Gazelli Group” MMC-də əvəzçilik üzrə keyfiyyət departamentinin meneceri vəzifəsinə təyin edilib.
2013-2017-ci illərdə ölkəmizdə keçirilmiş yerli və beynəlxalq statuslu qida ixracı və idman tədbirlərində layihə üzrə keyfiyyət meneceri vəzifələrində işləyib. Layihələri uğurla bitirdiyinə görə referans məktub və sertifikatlarla təltif edilib.
2018-ci ildə “Silk Way Aviaşirkəti” MMC-də keyfiyyət üzrə inspektor vəzifəsinə təyin edilib.
2019-cu ildən ISO 9001:2015, ISO 22000:2018 idarəetmə sistemləri üzrə Baş auditor kvalifikasiyasına malik olmaqla, yanaşı, bir çox şirkətlərin sertifikatlaşma auditlərini həyata keçirməkdədir. Almaniyanın IFS (İnternational Featured Standards) standartlarının təsdiqli təlimçisidir. Dövlət qurumları və kənd təsərrüfatı assosiasiyaları ilə birlikdə ixraca dəstək, maarifləndirmə bu kimi bir sıra tədbirlərdə könüllü olaraq çıxış etmiş, öz köməkliyini vebinarlar vasitəsi ilə həyata keçirib. Bu missiyanı hal-hazırda da davam etdirməkdədir.
2016-ci ildən “Food CERT” beynəlxalq sertifikatlaşma və təlim, audit şirkətinin təsisçisi və direktorudur. Ailəlidir, 1 övladı var.