Direktorun müraciəti
2016-cı ildən sertifikatlaşdırma sektorunda istehsalat və markanızın yüksək statusa malik olması üçün yeni bir dönəmə başladıq. Əlbəttə ki, yerli sertifikatlaşma brendi olaraq, əsas gerçək hədəfimiz Sizlərin Etibarlı Dostunuz kimi, performansınızda professional işlərlə dəyər yaratmaqdır.
Azərbaycan iqtisadiyyatı artıq dünyanın bir çox ölkələrində qeyri-neft sektorunun ixrac portfelindəki məhsullar təhlükəsizlik və keyfiyyəti ilə böyük alıcı kütləsinə malikdir. Dünyanın 10-dan çox ölkəsindən olan professional komandamız ilə, 15 ilə yaxın zəngin təcrübəmizlə dəyərlərimizə sadiq formada, innovasiyalara əsaslanaraq, ən yüksək töhfəni bəxş etmək istəyirik.
Hədəflərinizə doğru keyfiyyət həlləri ilə çatmaq, yeniliklər, böyümə imkanları və ən əsası etibarlı tərəfdaş olmaq üçün beynəlxalq sertifikatlar haqqında bilgiləri çatdırmağı əsas istiqamət kimi seçmişik.
Ölkəmizin tərəqqisi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölkə başçısı tərəfindən əsası qoyulmuş yeni sənaye məhəllələrində “Food CERT” markası olaraq, yaxından iştirak etmək və bu inkişafa öz töhfələrimizi vermək bizim üçün çox qürurverici bir hissdir.