⠀⠀

12 May 2025
ATEF Şirkətlər Qrupunda “Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” mövzusunda təlim keçirilib
21-22 aprel 2025-ci il tarixlərində ATEF Şirkətlər Qrupunda ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” mövzusunda təlim keçirilib.
ISO 17025 standartı üzrə ixtisaslaşmış təlimçi Süleyman Hüseynov tərəfindən keçirilmiş təlimdə iştirakçılara müvafiq standartın bütün strukturu üzrə ətraflı məlumat verilib, həmçinin qeyd olunan mövzular üzrə müzakirələr aparılıb.
2 günlük təlimin sonunda iştirakçıların bilikləri sınaq imtihanı ilə qiymətləndirilib.
Qalereya
Paylaş