Media

  • ⠀⠀

    04 Fevral 2021
    Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılmasına maraq göstərir
    ATEF Şirkətlər Qrupu Azərbaycanda EN-1090 standartı əsasından CE markalanma sertifikatı alan ilk yerli şirkət olub.
    Bu, şirkətin Metal Konstruksiya Zavodunda EN-1090 standartı üzrə aparılan “CE markalanma uyğunluğun qiymətləndirilməsi” audit əsasında reallaşıb.

    “Food CERT” şirkəti tərəfindən həyata keçirilən audit uğurla tamamlanıb və şirkətə EN-1090 əsasından CE sertifikatı təqdim edilib. Bu sertifikat bütün növ binaların inşası və dəmir yol şəbəkəsinin elektrikləşməsi üçün nəzərdə tutulan metalkonstruksiya elementlərinin CE markası altında Avropa bazarına çıxış imkanını təmin edir.

    ATEF hazırda Finlandiyanın “Eurolaite Oy” şirkəti ilə əməkdaşlıq çərçivəsində dəmiryol şəbəkəsinin elektrikləşməsi üçün nəzərdə tutulan metalkonstruksiya elementlərinin ixracına start verib.

    ATEF Şirkətlər Qrupu güc transformatorlarının və geniş çeşidli digər elektrik avadanlıqlarının istehsalı, eləcə də quraşdırılması üzrə ixtisaslaşıb. Şirkət enerji, dəmir yolu, neft-qaz və digər sektorlar üçün eksklüziv həllər təklif edir.
     

    Keçidlər:

    http://ask.org.az/2021/01/28/sahibkarlar-isgaldan-azad-edilmis-razil-rd-qida-v-ictimai-ias-mu-ssis-l-rinin-yaradilmasina-maraq-gost-rir/  

    https://smb.gov.az/az/all-news/qida-ve-ictimai-iase-sektorunun-sahibkarlari-ile-pandemiya-ve-post-pandemiya-dovru-ile-bagli-muzakireler-aparilib
    Qalereya
    Paylaş
Təklif Al