Media

  • ⠀⠀

    05 Dekabr 2019
    “Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçirilib
    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Food Cert MMC”-nin birgə təşkilatçılığı ilə “Qida  zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçirilib. Təlim Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən nümayəndələri Qəmər İskəndərova və Bağdagül Həsənli tərəfindən qida sahəsində sertifikatların verilməsi və tələb olunan sənədlər haqqında məlumat verməklə başlayıb. Təqdimatdan sonra sahibkarlar üçün nəzərdə tutulan maarifləndirici təlim “Food Cert MMC”-nin nümayəndəsi, qida təhlükəsizliyi və beynəlxalq standartların tətbiqi sahəsində yüksək dərəcəli kvalifikasiyaya malik Elmar Cəmilov tərəfindən aparılıb.

       “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirir ki, Qida təhlükəsizliyinin idarəetmə sistemi qida məhsullarının istehsalından tutmuş istehlakçıya çatan mərhələləri əhatə etməlidir. “Qida təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı islahat tədbirləri həyata keçirilib. Milli İqtisadiyyat üzrə Strateji Yol Xəritələri və Qida Təhlükəsizliyi sahəsində qəbul edilən dövlət proqramının çağırışlarını rəhbər tutaraq, qida sahəsində fəaliyyət göstərən sahibkarlara beynəlxalq standartlara riayət etməklə və yüksək keyfiyyətli qida məhsualların istehsalı üçün maarifləndirici tədbirlər həyata keçiririk. Bu tədbirlər nəticəsində sahibkarlar HAACP, BRC, ISO 22000:2018 kimi qida təhlükəsizliyi idarəetmə sistemində ən çox tətbiq olunan beynəlxalq standartların tətbiqi qaydaları, tətbiqin üstünlükləri, ixrac prosesində inteqrasiyasi barədə geniş məlumatlar əldə edirlər.
       Qeyd edək ki, əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının davamlı təmin edilməsi, istehlakçıların sağlamlığının qorunması, o cümlədən qida sahəsində fəaliyyət göstərən sahibkarların istehsal və idxal-ixrac həcminin artırılması istiqamətində beynəlxalq standartların tətbiqi zəruri xarakter daşıyır.

    Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.


    Keçidlər:

    https://banco.az/az/news/qida-zencirinin-merhelelerinde-beynelxalq-standartlarin-tetbiqi-movzusunda-telim-kecirilib
    Qalereya
    Paylaş
Təklif Al