"Prof-Dez" İPM MMC-nin ISO 9001:2015 beynəlxalq sertifikatına uyğunluğu

“Food CERT” şirkəti Sahibkarımızın etibarlı dostu olaraq, bütün sahələrdə öz innovativ xidmətlərini təqdim edir. Növbəti uğurlu layihəmizi xidmət sektorunda tamamladıq. Belə ki, öz sektorunda professional xidmət göstərən “Prof-Dez”İPM MMC-də Keyfiyyəti idarəetmə Sistemi lSO 9001:2015 layihəsini müvəffəqiyyətlə başa vurduq. Keçən ilin ikinci yarısından başlanmış işlərdə standartın tələbləri yüksək səviyyədə həyata keçirilmiş və şirkət beynəlxalq sertifikata layiq görülmüşdür. Qeyd etdiyimiz şirkət, koronavirus pandemiyasi zamanı dövlət və özəl təşkilatlarda keyfiyyətli xidmət ilə seçilənlərdən hesab olunur.