“Prof-Dez” İPM MMC müəssisəsinə “ISO 22000:2018 Qida təhlükəsizliyi İdarəetmə Sistemi və xidmət müəssisəsinə tələblər” təlimi

16-17 oktyabr tarixlərində “Prof-Dez” İPM MMC müəssisəsinə “ISO 22000:2018 Qida təhlükəsizliyi İdarəetmə Sistemi və xidmət müəssisəsinə tələblər” mövzusunda təlim keçirilmişdir. Təlimdə ISO 22000 standartında olan yeniliklər, qida təhlükəsizliyində ən son yeniliklər, HACCP prinsipləri, sanitar-gigiyenik prinsiplər, risk analizi barəsində geniş məlumat verilmişdir. Həmçinin xidmət zamanı istifadə olunan sənədlərin uyğunluğu qiymətləndirilmiş, təlim sonunda iştirakçılar imtahan vermiş və sertifikatlarla təltif edilmişdirlər.