"Gəncə Şərab-2" ASC-də sertifikatlaşdırma auditi

18 və 21 dekabr 2020-ci il tarixlərində "Gəncə Şərab-2" ASC-də ISO 9001:2015 Keyfiyyəti idarəetmə sisteminin kənardan sertifikatlaşdırma auditi keçirilmişdir. Auditdə şirkətin standartın yenilənmiş versiyasına keçiddə görülmüş işlər, sənədləşmə sistemi, proseslər, personalın hazırlığı və sair işlər yoxlanılmışdır. Müəssisədə görülən işlər yüksək qiymətləndirilmiş və müvafiq sertifikata layiq görülməsi uyğun hesab edilmişdir.