COVİD-19 və Qida sənayesi vebinar

Hörmətli Sahibkar!

Sizi, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkil etdiyi növbəti onlayn seminarda iştirak etməyə dəvət edirik. Belə ki, 15 aprel 2020-ci il tarixində saat 16:00-da Food CERT şirkətinin təsisçisi Elmar Cəmilovun moderatorluğu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının Facebook platforması üzərindən “COVID-19 və qida sənayesi” mövzusunda canlı yayım baş tutacaqdır. Canlı yayımda aşağıdakı məsələlər şərh olunacaqdır:

- İnsanların gigiyena qaydalarına ən üst səviyyədə əməl olunması;

- Alış-veriş mərkəzləri, apteklərdə üzərimizə düşən öhdəliklər;

- Qida müəssisələrinin fors-major hallarına hazırlığı;

- Qida istehsalında təhlükəsizliyin təmin edilməsi;

- Mövcud vəziyyətdə ehtimal olunan risklər.

Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar