"Aqualink" şirkətində ISO 9001:2015 beynəlxalq sertifikatının təqdimatı

Bu gün "Aqualink" şirkətinin ofisində "ISO 9001:2015" beynəlxalq sertifikatının təqdimedilmə görüşü keçirilmişdir. Görüşdə "Food CERT" şirkətinin rəhbəri Elmar Cəmilov məlumat vermişdir ki, ilin əvvəlindən başlayaraq "Aqualink" şirkətində standartın tələblərinin yerinə yetirilməsi üçün, peşəkar məsləhətçilər tərəfindən konsultasiya layihəsinə başlanılmışdır. Görülən işlərin və keçirilmiş auditin yüksək nəticələrinə görə şirkət nüfuzlu sertifikatlaşdırma orqanının beynəlxalq sertifikatına layiq görülmüşdür.

Görüş sonunda Elmar Cəmilov şirkətə müvafiq tövsiyyələrini vermiş və sertifikat təqdim edilmişdir.