Qida Təhlükəsizliyinə Yeni Yanaşma

Haqqımızda

“Food CERT” MMC 12 yanvar 2016-cı ildə təsis edilmiş və 01 fevral 2016-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Food CERT” MMC-nin təsis edilməsində əsas
məqsəd ölkəmizdə yerləşən istehsal, xidmət, inzibati müəssisə və təşkilatlarda beynəlxalq standartların tələblərinə əsasən keyfiyyət və qida təhlükəsizliyi idarəetmə sisteminin qurulması və təkmilləşdirilməsinə,
bu sahədə fəaliyyət göstərən subyektlərə professional məsləhət, audit, treninq xidmətlərinin göstərilməsinə, xidmət müəssisələrində qida və xidmətlərin keyfiyyət və təhlükəsizliyinin beynəlxalq standartların
tələbləri əsasında yüksəldilməsinə dəstək verməkdir. Siz öz biznesinizdə bizim xidmətlərdən istifadə etməklə, daxili və xarici səmərələr əldə etməklə yanaşı, həmçinin, davamlı inkişafı və gəlirlərinizin
müsbət dinamikasını təmin etmiş olarsınız. Qida təhlükəsizliyi və Keyfiyyət idarəetmə sisteminin effektiv planlaşdırılması və idarəolunması, işçi personalın düzgün istehsalat təcrübələrinə yiyələnməsi,
sənədləşmə sisteminin düzgün aparılması, daimi təkmilləşdirmə sisteminin formalaşması və bir çox üstünlüklərin olması qısa müddətdə öz bəhrəsini vermiş olacaqdır. İmicinizin yüksəlməsi, məhsulunuzda təkrar
alışların, məmnunluğun artması və müştəridə güvənlik qazanması, ixrac potensialının və sağlam rəqabət qabliyyətinin artmasına gətirib çıxaracaqdır.