Media

  • ⠀⠀

    27 Noyabr 2019
    Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi mövzusunda təlim keçiriləcək
    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Food Cert MMC”-nin birgə təşkilatçılığı ilə “Qida  zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçiriləcək. Sahibkarlar üçün nəzərdə tutulan maarifləndirici təlim “Food Cert MMC”-nin təsisçisi tərəfindən aparılacaq.
    “Təlim zamanı  HAACP, BRC, ISO 22000:2018 kimi qida təhlükəsizliyi idarəetmə sistemində ən çox tətbiq olunan beynəlxalq standartların tətbiqi qaydaları, tətbiqin üstünlükləri, ixrac prosesində inteqrasiyasi barədə geniş məlumat veriləcək. Həmçinin Avropa Birliyində ixrac tələbləri, sertifikatlaşdırma, qablaşdırma və etikietlənməyə aid tələblər, bu sahədə innovasiyalar müzakirə olunacaq.”  
     “Qida  zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi”” mövzusunda təlim  5 dekabr 2019-cu il, saat 10:00-da İİTKM-ın inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16) təşkil olunacaq.
    Tədbirdə iştirak etmək istəyən şəxslər təqdim olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər:
    http://iqtisadiislahat.org/frontend/web/registration/
    Qalereya
    Paylaş
Təklif Al