⠀⠀
12 Dekabr 2019
Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Food CERT MMC”-nin birgə təşkilatçılığı ilə “Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçirilib. Sahibkarlar üçün nəzərdə tutulan maarifləndirici təlim “Food Cert MMC”-nin nümayəndəsi, qida təhlükəsizliyi və beynəlxalq standartların tətbiqi sahəsində yüksək dərəcəli kvalifikasiyaya malik Elmar Cəmilov tərəfindən aparılıb.
“Qida təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı islahat tədbirləri həyata keçirilir. Milli İqtisadiyyat üzrə Strateji Yol Xəritələri və Qida Təhlükəsizliyi sahəsində qəbul edilən dövlət proqramının çağırışlarını rəhbər tutaraq, qida sahəsində fəaliyyət göstərən sahibkarlara beynəlxalq standartlara riayət etməklə və yüksək keyfiyyətli qida məhsualların istehsalı üçün maarifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində sahibkarlar HAACP, BRC, ISO 22000:2018 kimi qida təhlükəsizliyi idarəetmə sistemində ən çox tətbiq olunan beynəlxalq standartların tətbiqi qaydaları, tətbiqin üstünlükləri, ixrac prosesində inteqrasiyasi barədə geniş məlumatlar əldə edirlər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.

Qalereya
Paylaş