Media

  • ⠀⠀

    16 Dekabr 2019
    "Food CERT" şirkəti "Azərbaycan-Rusiya İşgüzar Şurasının" Şuranın Ümumi Yığıncağında iştirak etmişdir
    11 dekabr 2019-cu il tarixində İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının Ümumi Yığıncağı keçirilib. Tədbirdə kənd təsərrüfatı, logistika, sənaye, turizm, maliyyə, tikinti və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox üzv şirkətin rəhbəri iştirak edib.İclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Rusiya İşgüzar Şurasının iki ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişafında rolunu vurğulayıb, Şuranın fəaliyyətinə hər cür dəstək göstəriləcəyini bildirib.
    Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov bu təşəbbüsü fəal dəstəkləyib və bu formatın biznesin İqtisadiyyat Nazirliyi ilə effektiv əlaqə yaratmasına imkan verəcəyini vurğulayıb.  Səməd Qurbanov ixtisaslaşmış komissiyaların fəaliyyətinin genişləndirilməsi istiqamətində İşgüzar Şuranın strukturunun gələcək inkişafını diqqətə çatdırdı. Yaxın gələcəkdə maliyyə və informasiya texnologiyaları sahəsində ixtisaslaşdırılmış komissiyaların yaradılacağı qeyd edilib.
    Qalereya
    Paylaş
Təklif Al