Media

  • ⠀⠀

    25 Fevral 2021
    "Gəncə Şərab-2" ASC ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülmüşdür
    Əsası 1984-cü ildə qoyulmuş, ölkənin qabaqcıl, məhsul çeşidi seqmentində fərqlənən, Azərbaycan şərabını ölkə hüdudlarından kənarda tanınmasına nail olan “Gəncə Şərab-2” ASC də ISO 9001:2015 standartına keçid layihəsinin uğurla tamamlanması münasibəti ilə görüş keçirilmişdir. “Food CERT” sertifikatlaşma şirkəti tərəfindən həyata keçirilmiş layihədə görülən işlərin və keçirilmiş auditin yüksək nəticələrinə görə şərab müəssisəsi beynəlxalq sertifikata layiq görülmüşdür.
    Görüşdə "Food CERT" şirkətinin rəhbəri Elmar Cəmilov sistemin tətbiqi ilə bağlı istehsalçı şirkətin gələcək fəaliyyətinə müvafiq tövsiyələrini vermiş, uğurlar arzu etmiş və həmin şirkətlə növbəti layihə ilə bağlı müzakirələr aparmışdır. Artıq növbəti uğurlu layihədir ki, “Food CERT” sertifikatlaşdırma şirkəti şərab istehsalçılarının sertifikatlaşmasına, satışının və ixrac imkanlarının artırılmasına öz dəstəyini göstərir və Azərbaycan iqtisadiyyatına öz töhfəsini verir.
    Qalereya
    Paylaş
Təklif Al