Media

  • ⠀⠀

    28 Oktyabr 2021
    IFS Qlobal Bazarlar - Qida versiyası 2 , IFS Global Markets - Food v2.
    Hörmətli Sahibkarlar və İdarəetmə Menecerləri ,
    Sizləri, "Food CERT" təlim və sertifikatlaşma mərkəzindən salamlayır,  11-12 noyabr tarixlərində keçiriləcək beynəlxalq lisenziyalı "IFS (International Featured Standards) Qlobal Bazarlar - Qida versiyası 2 , IFS Global Markets - Food v2." təliminə dəvət etməkdən məmnun olarıq.
     
    Təlimin əsas məqsəd və kontenti
    Bildiyiniz kimi, dünyada qida təchizat zəncirinin uzanması, qlobal xarakter daşıması, qida təhlükəsizliyi tələblərinin daima yenilənməsi aktual proseslərdəndir. Bu təlim kompleks olaraq,  kiçik və orta istehsalat müəssisələrində qida təhlükəsizliyi (FSMS) və Keyfiyyət İdarəetmə Sistemləri (QMS) nin tətbiqini asanlaşdırır və stimullaşdırır. Çünki, təlim beynəlxalq xüsusiyyətlərə malik standartlarla daha çox praktiki keyslər və zəruri performans prosedurlar üzərində hazırlanmışdır. Bu təlimdən sonra sahibkar daha asan və rahat şəkildə IFS standartı üzrə müəssisəsinin hansı tələblərə cavab verməsini və sertifikatlaşmasını həyata keçirə bilər.
    Bu standart tədarük zəncirində bir ISO əsaslı, güclü və beynəlxalq səviyyədə qəbul edilmiş, GFSI (Qlobal Qida Təhlükəsizliyi Təşəbbüsü) təsdiqli bir təftiş sistemi və sertifikatlaşdırma vasitəsidir. Bu standartı tətbiq edən şəxslər daha etibarlı, təhlükəsiz qida istehsalçısı, təchizatçısı kimi tanınır.
    Və ən Əsası bu təlim Azərbaycanda ilk dəfə rəsmi partnyor olan "Food CERT" tərəfindən Sizlərə təqdim edilir.
    Agenda:
    01 IFS və IFS Qlobal Bazarlar - Qida standartı haqqında
    02 Versiya 2-də əsas dəyişikliklər
    03 Əsas prinsiplər və əhatəsi (Beynəlxalq xüsusiyyətlərə malik standartlar)
    04 Virtual qiymətləndirmə, risklərin təhlili
    05 Düzəldici tədbirlər, nəticə analizləri və hesabatlılıq
    06 Proqram təminatı və üstünlüklər
    07 Keyslər - praktiki audit - nöqsanlara fokuslanma
     
    Kim iştirak edə bilər:
     
    Qida, Keyfiyyət, Təchizat zəncirində çalışan, kvalifikasiyasını artırmaq istəyən HƏR KƏS iştirak edə bilər.
    Qalereya
    Paylaş
Təklif Al