⠀⠀
05 Aprel 2020
“Maarifləndirmə işləri insan psixologiyasını çox yükləmədən olmalıdır” – Elmar Cəmilov
“Food CERT” şirkətinin rəhbəri, eyni zamanda Qida təhlükəsizliyi idarəetmə sistemi üzrə Baş auditor, beynəlxalq standartlar üzrə təlimçi və məsləhətçi Elmar Cəmilovun Azfood informasiya agentliyinə müsahibəsi:
– Elmar müəllim, hazırkı COVID-19 pandemiyasını dünyanı bürüdüyü vəziyyətdə qida təhlükəsizliyi, gigiyena tələblərinə riayət etmək səviyyəsi necədir?
– Çox sağ olun ki, bu həssas mövzunu işıqlandırırsınız. Bu qlobal pandemiya zamanı bir çox sahələr kimi qida təhlükəsizliyi və gigiyena daha da ön plana çıxır. Ümumiyyətlə, götürsək ki, bu qaydalar normal vəziyyətdə də mütləq əməl edilməlidir, lakin böhran zamanı daha da ciddi şəkildə riayət edilməlidir. Əhali arasında sosial şəbəkələr vasitəsi ilə maarifləndirmə işləri aparmaq lazımdır. Hal-hazırda insanların daha çox market şəbəkələrindən istifadəsini nəzərə alaraq, gigiyena ilə bağlı istər market əməkdaşları, həmçinin alıcıların üzərinə ciddi öhdəliklər düşür. Ardıcıllığı nəzərə alsaq, alıcılar marketə daxil olduqda istifadə etdikləri səbət və arabaların dezinfeksiya edilməsi və təmiz olmaları, çiy məhsullara, meyvə-tərəvəzlərə əlcəksiz toxunmağın qadağan olması, ara məsafəsinin təmin edilməsi, marketin havalandırma sisteminin normal işləməsi vacib şərtdir, istər rəflərdə, istərsə də ümumi təmizliyin standarta uyğun olması və təmizlik-dezinfeksiya işlərinin artırılması, qablaşdırması bütöv olan ərzaqlara üstünlük verilməsi və alınması, xarici görünüşündə qüsurlar olan ərzaq məhsullarını almaqdan çəkinmək çox zəruridir. Göstərilən proseslərin davamı olaraq alıcı market şəbəkəsindən qayıtdıqdan ilk növbədə əlcəyini heç yerə bulaşmadan zibil qabına atmalı, əllərini yuyub dezinfeksiya etməli, aldığı ərzaqların üzərini dezinfeksiya edici məhlulla silməli, meyvə-tərəvəzləri açıq havada saxladıqdan sonra yaxşıca yuyub istifadə edilməlidir.
– İnsanların maarifləndirilməsi, qida təhlükəsizliyinin qorunub saxlanması işləri necə aparılır?
– Hal-hazırkı vəziyyətdə media və sosial şəbəkələr vasitəsi ilə müxtəlif qurumlar vasitəsi ilə təbliğat işləri aparılır. Bu sahədə sahibkarlara daim kömək edən, qida təhlükəsizliyi sahəsində bir çox işlər görmüş “Food CERT” şirkəti də öz maarifləndirmə tədbirlərini davam etdirir. Bu məqsədlə şirkətin sosial şəbəkə hesabları vasitəsi ilə işlənib hazırlanmış bir çox metodiki maarifləndirmə paylaşımları insanlara çatdırılır. Vətəndaşların da üzərinə düşən odur ki, maksimum bu paylaşımlardan faydalansınlar, gündəlik həyatlarında istifadə etsinlər. Biz bu kimi maarifləndirmə işlərini insan psixologiyasını çox yükləmədən sadə və anlamlı formada davam etdirəcəyik.
– Qida müəssisələri, kənd təsərrüfatı şəbəkələri bu hazırkı böhran vəziyyətə nə dərəcədə hazırdırlar və fəaliyyətlərini necə tənzimləməlidirlər?
– Bu vəziyyətdə insanların ərzağa olan tələbatının lazimi səviyyədə təmin edilməsi üçün qida istehsalı müəssisələri öz işlərini, davam etdirmələri, təhlükəsiz məhsul istehsalını həyata keçirməsi çox vacibdir. Lakin burda istehsal üçün bəzi risklər yaranır, çünki insanların hərəkəti məhdudlaşdığı üçün istehsalda nəzarətin zəif olması, müəssisənin əməliyyat vacib şərtlər proqramında olan proseslərin azaldılması, bəzi işlərin arxa plana keçməsidir. ISO 22000:2018 standartının 8.4 maddəsində də tələb edilir ki, hər bir müəssisə bu krizis zamanlarda hazırlıqlı olmalıdır. İstər qlobal infeksiya, istərsə də digər fors-major hallarına qarşı əvvəlcədən işlənib hazırlanmış konkret tədbirləri olmalıdır. Çünki qida və təchizat zəncirinin idarə edilməsi bu kimi hallara qarşı dayanıqlıq nümayiş etdirməyi vacibdir. Keyfiyyət üzrə menecerlər, təchizat və satınalma mütəxəssis və menecerlər mümkün riskləri azaltmalı, müəssisədaxili təsdiqlənmiş tədbirlərə görə öz üzərinə düşən xüsusi tapşırıqları yerinə yetirməyə borcludurlar. Təchizatçılar, saxlanma, istehsal və paylayıcı şəbəkələr üzrə iş bölgüsündə müəyyən prosedurları risk səviyyəsinə görə artırmalıdırlar.
Cari vəziyyətlə bir çox market və kənd təsərrüfatı şəbəkələri online xidmətlərə başlayıblar. Bunun özü alqışalayiq addımdır. Bu insan təmasının minimum endirilməsinə xidmət edir. Aqrar sahədə də kifayət qədər kənd təsərrüfatı məhsullarının ehtiyatının olması çox mühüm amildir, bu işlərin düzgün qurulması və koordinasiyası üçün şirkətimiz adından “Aqrar tədarük və təchizat” ASC-nin bütün əməkdaşlarına dərin təşəkkür edirəm.
– Elmar müəllim, sizin qeyd etdiyiniz risklərdən biri qidanın keyfiyyətinin qəsdən korlanmasıdır. Vətəndaşlar bu vəziyyətdə necə qoruna bilərlər?
– Qidanın qəsdən keyfiyyətinin korlanması, qida dələduzluğu deyək, böhran vəziyyətindən əvvəl də yayılıb, indiki pandemiya zamanı daha da bunun üçün əlverişli fürsət yaranıbdır. Avropada da bununla mübarizə üçün müvafiq standart hazırlanmışdır. Ümid edirik ki, şirkətimiz tərəfindən təqdim edilən bu standart Azərabaycanda da geniş tətbiq ediləcəkdir. Doğrudur ki, indiki vəziyyətdən sui-istifadə edən insanlar hər sahədə var. Əhalinin ərzağa olan tələbatının süni şəkildə təmin edilməsi üçün qidanın texnologiyasından, göstərilən reqlamentdən kənara çıxmalar, daha çox gəlir əldə etmək məqsədi ilə müxtəlif keyfiyyət parametrlərinin bilərəkdən mənfiyə doğru dəyişirlər. Bu kimi halların qarşısının alınması üçün alıcılar daha diqqətli olmalı, qarşılaşdıqları xoşagəlməz vəziyyətləri mediada işıqlandırmağa çalışmalıdırlar. Həmçinin AQTA-nın mövcud olan qaynar xətt nömrələrinə məlumat verməlidirlər.
– Sizə müsahibəniz üçün dərin təşəkkür edirəm. Çox sağ olun.
– Mən də Sizə və hal-hazırda vəzifəsini layiqincə yerinə yetirən cəmiyyətimizin bütün qulluqçularına çox təşəkkür edirəm.

Qalereya
Paylaş