Media

  • ⠀⠀

    11 Dekabr 2024
    Touragent travel beynəlxalq sertifikatlara layiq görüldü
    Touragent Travel şirkəti ölkəmizin turizm sektorunda ilk dəfə AZS ISO 9001:2020 Keyfiyyəti İdarəetmə Sistemi və ISO 10002:2018 Müştəri məmnuniyyəti və Şikayətlərin idarə olunması beynəlxalq sertifikatlarına layiq görülüb. Hər bir müştərisinə individual yanaşma göstərən Touragent Travel şirkəti müştəri məmnuniyyətinə fokuslanan və keyfiyyətli xidməti ilə turizm bazarında bir ilkə imza atmaqla yanaşı, güvənli turizm şirkəti statusu qazanıb. Beynəlxalq  sertifikatın verdiyi üstünlüklərdən biri də odur ki, göstərilən xidmət zamanı xaricdəki partnyorlar və müştərilər arasındakı güvən və keyfiyyəti təmin edərək, komfortlu səyahəti təşviq edir. Qeyd edək ki, layihə çərçivəsində personala bir sıra təlimlər keçirilmiş, standartın tətbiqi üçün işlər yerinə yetirilmişdir.

    Food CERT sertifikatlaşdırma orqanı hər iki standartın tələblərinə uyğunluğu qiymətləndirmiş və müsbət audit nəticələrinə əsasən şirkət beynəlxalq sertifikata layiq görülüb. Görüş zamanı  Food CERT şirkətinin direktoru Elmar Cəmilov turizm sektorunda bu ilk sertifikatlaşmanı unikal və xidmətdə üstünlük kimi hesab edib.
    Qalereya
    Paylaş
Təklif Al