2024-cü il Yaşıl Dünya

2024-cü il Yaşıl Dünya
Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

  • Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bu istiqamətdə Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
 
  • Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.
 
  • İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
 
  • BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. 
 
  • “Food CERT” sertifikatlaşdırma şirkəti olaraq “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ISO 14001:2015 Ətraf mühiti İdarəetmə Sistemləri standartının  şirkətlərdə uğurla tətbiq edilməsini, müəssisələrdə işçi heyyətin ətraflı məlumatlandırılmasını hədəfləyirik. Ekoloji siyasətlərin və qarşıya qoyulmuş vəzifələrin bu il çərçivəsində yerinə yetirilməsi xüsusi önəm daşıyır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi istehsal və xidmət şirkətləri üçün ekoloji beynəlxalq standartların tətbiqində yeni mərhələ yaradacaqdır.
 
Paylaş
Onlar bizi seçdi
clients logo 01
clients logo 01
clients logo 01
clients logo 01
clients logo 01
clients logo 01
clients logo 01
clients logo 01
Təklif Al